İlham Əliyev və xanımı “CaspianAgro 2017” sərgilərində - Foto

İlham Əliyev və xanımı “CaspianAgro 2017” sərgilərində - Foto

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017” sərgiləri ilə tanış olublar

Azərbaycan Prezidentinə məlumat verilib ki, sərgilərdə dünyanın 28 ölkəsini təmsil edən 331 şirkət iştirak edir. 

Sərgilərin iştirakçılarının 70 faizi xarici şirkətlərdir.

Dövlət başçısına bildirilib ki, "Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar.

Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan "Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.

Prezident İlham Əliyev kombaynı işə salıb.










Xəbər 71 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR