İlham Əliyev qazaxıstanlı həmkarını məktub göndərib

İlham Əliyev qazaxıstanlı həmkarını məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi 77 illiyi ilə münasibəti ilə təbrik edib.

Aktual.az  "APA”ya istinadən xəbər verir ki, Qazaxıstan prezidentinin rəsmi saytında verilən məlumata görə, Azərbaycan prezidenti məktubda Qazaxıstan prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafını qeyd edib, Qazaxıstanın qlobal proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

İ. Əliyev Azərbaycanla Qazaxıstan arasında dostluq və mehriban qonşuluq ənənəsinin qorunmasında Qazaxıstan prezidentinin xidmətlərini yüksək qiymətləndirib: "İnanıram ki, bir-birinə tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında münasibətlər, tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gələcəkdə də dinamik və davamlı şəkildə inkişaf edəcək. Bu gözəl gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram”.
 
Aktual.az
Xəbər 286 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR