İlham Əliyev Peterburqun qubernatoru ilə görüşdü

İlham Əliyev Peterburqun qubernatoru ilə görüşdü

“Biz regional əməkdaşlığı möhkəmləndirməliyik”.

Sankt-Peterburqun qubernatoruGeorgi Poltavçenko Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə “Zaqulba” iqamətgahında görüşüb.

İlham Əliyev bildirib ki, Peterburq və Azərbaycan ikitərəfli münasibətlər çərçivəsində uzun illərdir ki, əməkdaşlıq edirlər.

“Belə pozitiv fonda biz regional əməkdaşlığı möhkəmləndirməliyik. Ümid edirik ki, Peterburq ilə potensialı artıracağıq”, - İlham Əliyev deyib.

Bakı tarixi vətəni olan Georgi Poltavçenko şəhərin çox dəyişdiyini qeyd edib.  

“Bütün ölkə Birinci Avropa Oyunlarını izləyirdi və şəhərdə hər şeyin böyük sevgi ilə edildiyini görmək mümkündür”, - Sankt-Peterburq qubernatoru bildirib.

Georgi Poltavçenko qeyd edib ki, Azərbaycan və Peterburqun ənənəvi olaraq mehriban münasibətləri olub.

“Biz gəmiqayırma sahəsində maraqlıyıq, çünki Sankt-Peterburq dəniz şəhəridir”, - qubernator qeyd edib.

Xəbər 479 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR