İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

 İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunu təsdiqlədi

Prezident İlham Əliyev Nazirlər Kabineti Aparatının strukturunun təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmanla müəyyən edilir:
- Nazirlər Kabineti Aparatının işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahididir;
- Nazirlər Kabineti Aparatının İşlər idarəsinin işçilərinin say həddini Nazirlər Kabineti təsdiq edir;
- Nazirlər Kabineti zərurət olduqda Nazirlər Kabineti Aparatının strukturuna daxil olan şöbələrdə sektorlar (İşlər idarəsində şöbələr və sektorlar) yaradır.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasının layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin Aparatı haqqında əsasnamənin layihəsini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabineti Aparatının struktur bölmələrinin ştat cədvəlini bir ay müddətində təsdiq etmək; Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Aparatının STRUKTURU
1.1. Baş nazirin xidməti
1.2. Baş nazirin birinci müavininin xidməti
1.3. Baş nazirin müavinlərinin xidmətləri
1.4. Nazirlər Kabineti Aparatının rəhbərinin xidməti
1.5. Nazirlər Kabineti Aparatı rəhbərinin müavininin xidməti
2.1. Hüquq şöbəsi
2.2. Maliyyə və iqtisadiyyat məsələləri şöbəsi
2.3. Humanitar və sosial məsələləri şöbəsi
2.4. Beynəlxalq əlaqələr şöbəsi
2.5. Sənaye və energetika məsələləri şöbəsi
2.6. Neft və kimya məsələləri şöbəsi
2.7. Kənd təsərrüfatı məsələləri şöbəsi
2.8. Ekologiya məsələləri şöbəsi
2.9. Təhlükəsizlik və müdafiə məsələləri şöbəsi
2.10. Kommunikasiya, tikinti və kommunal təsərrüfatı məsələləri şöbəsi
2.11. Regionların inkişafı məsələləri şöbəsi
2.12. Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi
2.13. Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi
2.14. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi
2.15. Mətbuat xidməti
3. İşlər idarəsi
Xəbər 102 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR