İlham Əliyev Monqolustanın dövlət başçısını təbrik edib

İlham Əliyev  Monqolustanın dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Xaltmaa Battulqaya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Monqolustanın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına daim əmin-amanlıq və tərəqqi arzulayıram".

Aktual.az
Xəbər 317 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR