İlham Əliyev: Ölkəmizin coğrafi mövqeyi və təbiəti turizmin inkişafına imkanlar yaradır — FOTO

İlham Əliyev: Ölkəmizin coğrafi mövqeyi və təbiəti turizmin inkişafına imkanlar yaradır   — FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də BMT-nin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifainin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ölkəmizə ötən səfərlərini və həmin səfərlər çərçivəsində Prezident İlham Əliyev ilə görüşlərini xatırladı, bu görüşlər zamanı müzakirə olunan bir çox məsələlər, o cümlədən vizaların verilməsi, aşağı büdcəli uçuşların həyata keçirilməsi ilə bağlı işlərin Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla həyata keçirilməsini məmnunluqla qeyd etdi. Qonaq hər səfərində şəhərimizin gözəlliyinin onda xoş təəssürat yaratdığını dedi.

BMT-nin Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə keçirdikləri görüşləri məmnunluqla xatırlayan dövlətimizin başçısı Azərbaycanda turizmin inkişafına göstərdiyi dəstəyə görə ona minnətdarlığını bildirdi, qonağın verdiyi məsləhətlərin bu baxımdan önəmini qeyd etdi. Azərbaycanda turizmin daim prioritet sahələrdən biri olduğunu vurğulayan Prezident İlham Əliyev bu sahənin inkişaf etdirilməsi üçün ölkəmizin əlverişli coğrafi mövqeyinin, gözəl təbiətinin yaxşı imkanlar yaratdığını dedi. Dövlətimizin başçısı dünyada iqtisadi böhranın mövcud olduğu indiki zamanda turizm sahəsinin yeni iş yerlərinin yaradılması, ölkəyə maliyyə axınının təmin edilməsi və digər məsələlər baxımından əhəmiyyətini qeyd edərək Azərbaycanda turizm sektorunda islahatların davam etdirildiyini bildirdi. Dövlətimizin başçısı görülən işlər nəticəsində Azərbaycana səfər edəcək turistlərin sayının daha da artacağına ümidvar olduğunu söylədi.

Görüşdə Azərbaycanda turizm xidmətlərinin genişləndirilməsi, turizmin iqtisadiyyatın digər sahələri ilə əlaqələndirilməsi, ölkəmizdə turizm infrastrukturunun daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər 552 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR