İlham Əliyev ölkədə təhlükəsizliyin əsas qarantıdır

İlham Əliyev ölkədə təhlükəsizliyin əsas qarantıdır

Son bir ayda ölkmizin ictimai-siyasi həyatında ciddi hadisələr tüğyan etdi. Milli Təhlükəsizlik və Rabitə nazirliyi ətrafında baş verən xoşagəlməz hadisələr, eyni zamanda, bəzi radikal-ekstremist qruplaşmaların üzvlərinin ictimai asayışı pozma cəhdləri cəmiyyətdə birmənalı qarşılanmadı. Baş verən hadisələr ölkəmiz üçün bir sınaqdır. Təbii ki, bütün bu hadisələrin baş verməsi təsadüfi deyil və birmənalı şəkildə ölkənin milli maraqlarını təhdid altında qomağa hesablanıb .

Ölkəmizdə din pərdəsi altında baş verən hadisələr zamanı həbs olunanlar şübhəsiz ki, ekstremist qruplaşma üzvləridirlər. Ən azı 96 faizi müsəlman olan bir ölkədə kiminsə namaz qıldığına görə təqib olunduğu demək gülünc səslənərdi. Bu həbslərdə başqa izlər var. Hətta burada radikallıq elementləri də çoxdur. Məsələnin kökü həmin şəxslərin bəzi ölkələrin təsiri altında olması və onların təlimatları əsasında hərəkət etmələrində dayanır. Bu təlimatların nədən ibarət olduğunu isə yəqin ki, hüquq mühafizə orqanları bilir və bu haqda ictimaiyyətə açıqlama veriləcək. Bu gün baş verən proseslərə nəzər salanda görünür ki, Azərbaycana qarşı təhdidlər səngimir. Bu təhdidlərin başlıcası isə məhz radikal dini qrupların təhdidləridir. Məhz buna görə də hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyatlar da zərurilikdən baş verir.

17 oktyabr 2015-ci il tarixdə Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əhməd oğlu Mahmudovun Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncamdan dərhal sonra MTN-də çalışan bir qrup yüksək vəzifəli şəxslərin həbs xəbəri sürətlə yayıldı. Daha sonra məlumat Rabitə və Yüksək texnologiyalar Nazirliyinə qədər gedib çıxdı. Bütün bu proseslər mətbuatda birmənalı qarşılanmadı. Bəzi media qurumları isə dəqiqləşməmiş, fakta əsaslanmayan məlumatlar tirajlamağa başladılar.

MTN-də baş verən proseslər konkret olaraq bir neçə vəzifəli şəxsin timsalında cəmləşib.

Vəzifələrindən sui-istifadə edən bir qrup şəxsə görə MTN-nin nüfuzuna xələl gətirmək yolverilməzdir. Hesab edirəm ki, Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri bu məsələdə də vətəndaşlıq mövqeyi nümayiş etdirərək dövlətçilik prizmasından çıxış etməlidirlər. Azərbaycanın təhlükəsizlik konsepsiyası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu təməlin hər hansı bir vəzifəli şəxs tərəfində sarsıdılması demək olar ki, mümkün deyil. Bəli, hadisənin ciddiliyi kifayət qədərdi və bu cəmiyyətdə neqativ atmosferin yaranması ilə nəticələndi. Lakin Prezident İlham Əliyev bu təməli daha da inkişaf etdirərək Azərbaycan təhlükəsizlik modelini dünyaya nümunə olacaq səviyyəyə qaldırmağı bacardı.

Media qurumları isə bu məsələdə həssaslıq nümayiş etdirməli, cəmiyyətin təhlükəsizlik refleksini sarsıltmamalıdır.

Dünyada baş verən geaosiyasi kataklizm konkret olaraq böyük güclər tərəfindən idarə olunur. Hadisələr onu göstərir ki, demokratiya adı altında aparılan geosiyasət ilkin mərhələdə müsəlman ölkələrinin xarabalığa çevrilməsinə hesablanıb. Son 2 ildə Yaxın Şərq ssenarisinin ölkəmizdə təkrarlanmasını istəyənlərin kifayət qədər ciddi cəhdlə çalışdığının şahidi olduq. Bu istiqamətdə onlar bütün mümkün vasitələrdən istifadə etdilər və etməkdədirlər. Həm dini-ekstremist qruplaşmalar vasitəsi ilə, həm də innovativ və interaktiv metodlarla cəmiyyəti çaşdırma, beləliklə, ölkəni xaosa sürükləmək təbii ki əsas hədəflərdəndir.

Qısa zaman ərzində bir neçə ölkəni xarabalığa çevirən “dümokratiya çarçıları”nın niyyəti Azərbaycanda baş tutmadı və tutmayacaq.

Dünyanın bir çox tanınmış siyasətçiləri İlham Əliyevi güclü lider kimi qəbul ediblər. Eyni zamanda bəzi beynəlxalq təşkilatlar xalq-hakimiyyət birliyinin güclü olduğunu dərk edib geri çəkiliblər. Bugün Azərbaycanda mövcud olan sabitliyə, inkişafa həsəd aparan dövlətlər var. Ölkədə baş verən xöşagəlməz proseslər həm də ciddi kadr islahatlarının təzahürüdür. Xalq bilir ki, İlham Əliyev ölkədə təhlükəsizliyin əsas qarantıdır! İlham Əliyev hər bir azərbaycanlının prezidentidir!

Səbuhi Abbasov

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri

İnternet-media ekspert

Xəbər 2154 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR