İlham Əliyev Laosun xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

İlham Əliyev Laosun xarici işlər nazirini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Aktual.az-ın  məlumatına görə, Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycana ilk rəsmi səfər etməsindən şərəf hissi duyduğunu bildirib.
 
Prezident İlham Əliyev isə ölkəmizin Laos Xalq Demokratik Respublikası ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyib. Dövlət başçısı Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün qarşılıqlı marağın yaxşı göstəricisi olduğunu vurğulayıb. Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, nazir Salımsay Kommasitin ölkəmizə səfəri zamanı qarşılıqlı maraq doğuran və əməkdaşlığımızın perspektivlərinin müəyyənləşdirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.
 
Nazir Salımsay Kommasit qeyd edib ki, Laos ilə Azərbaycan arasında əlaqələrin uzunmüddətli tarixi var və bu əlaqələr hələ sovetlər birliyi dövründən başlayıb. O vurğulayıb ki, Azərbaycan Laos Xalq Demokratik Respublikasının sosial-iqtisadi inkişafına, o cümlədən kadr hazırlığı məsələsinə böyük töhfə verib. Regionun lider dövləti olan Azərbaycanda böyük uğurların əldə edildiyini bildirən qonaq ölkələrimiz arasında qarşılıqlı səfərlərin önəmini vurğulayıb.
 
Görüşdə Azərbaycan Respublikası ilə Laos Xalq Demokratik Respublikası arasında təhsil, turizm və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 
*******
Prezident İlham Əliyev iyunun 19-da Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasitin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
 
Aktual.az-ın  xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
 
Aktual.az
Xəbər 31 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR