İlham Əliyev İraqın Baş nazirinə başsağlığı verib

İlham Əliyev İraqın Baş nazirinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev İraq Respublikasının Baş naziri Heydər əl-Abadiyə başsağlığı məktubu göndərib.

Aktual.az-ın xəbərinə görə, məktubda deyilir:
"Hörmətli cənab Baş nazir,
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.
Allah rəhmət eləsin!”
 
Aktual.az
Xəbər 33 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR