İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

İlham Əliyev Həsən Ruhaniyə başsağlığı verdi

Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu ünvanlayıb.

Aktual.az  xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Gülüstan vilayətindəki kömür mədənində baş vermiş partlayış nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Aktual.az
Xəbər 239 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR