İlham Əliyev DSX-nın inşası başa çatan gəmisi ilə tanış olub — FOTO

İlham Əliyev DSX-nın inşası başa çatan gəmisi ilə tanış olub — FOTO

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.

Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı Elçin Quliyev İlham Əliyevə raport verib.

Azərbaycan prezidenti Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxdı, onların texniki göstəriciləri ilə tanış olub.
Dövlət başçısı yeni inşa edilmiş "Tufan” tipli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə maraqlanıb. İ. Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində "Tufan” tipli növbəti sərhəd gözətçi gəmisinin təməlini qoyub.

Sonra İ. Əliyev yeni alınmış avtonəqliyyat vasitələri və digər xüsusi texnikalar ilə də tanış olub.
 
 
 
Aktual.az
Xəbər 514 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR