İlham Əliyev Davosda neft qiymətindən danışacaq

İlham Əliyev Davosda neft qiymətindən danışacaq

Bu gün Azərbaycan prezidenti İlham Əliyev İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunda çıxış edəcək.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə forumun gündəliyində qeyd edilib. Davos forumunda İlham Əliyevlə yanaşı CNN-in redaktoru Con Defterios (John Defterios), Səudiyyə Ərəbistanının səhiyyə naziri Xalid əl-Falih, ENI şirkətinin rəhbəri Klaudia Deskalzi, Xiamen Universiteti yanında Enerji Siyasəti üzrə Araşdırmalar İnstitutunun dekanı Li Boqianq, Rusiya İnvestisiya Fondunun başçısı Kirill Dmitriyev gündəliyə uyğun mövzular ətrafında müzakirələr aparacaqlar.

“Yeni enerji problemləri” adlı paneldə iştirakçılar “Gələcəkdə neftin qiyməti və tələb”, “Enerji və iqlim siyasəti dəyişir”, “Rəqəmsal və bərpa olunan enerji innovasiyaları” kimi mövzular barədə məruzələr edəcək, fikir mübadiləsi aparacaqlar.

Xəbər 356 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR