İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verdi

İlham Əliyev Böyük Britaniya Baş nazirinə başsağlığı verdi

Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyə başsağlığı məktubu ünvanlayıb.

Aktual.az  AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli xanım Baş nazir,

Mançester şəhərində törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər bizi olduqca sarsıtdı.

Biz bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını zəruri və vacib hesab edirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
 
Aktual.az  
Xəbər 297 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR