İlham Əliyev: "Biz Çingizlə fəxr edirik"

İlham Əliyev:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

"Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir".

"Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib. 

Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir: "Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var".
 
Aktual.az
Xəbər 684 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR