Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

Azərbaycanın Türkiyədəki səfiri geri çağırıldı

Prezident İlham Əliyev Faiq Bağırovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Aktual.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.
 
Aktual.az
Xəbər 529 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR