İlham Əliyev: "Azərbaycan "Asiyanın Qəlbi" - İstanbul Prosesini qiymətli mexanizm hesab edir"

İlham Əliyev:

"Azərbaycan"Asiyanın qəlbi" - İstanbul prosesini sülh, sabitlik və Əfqanıstanın iqtisadi inkişafını təmin edən əməkdaşlıq və dialoq üçün dəyərli mexanizm hesab edir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransının açılış mərasimində çıxışı zamanı deyib.
O qeyd edib ki, Azərbaycan 2012-ci ildə prosesə qoşulduğu andan bu çoxtərəfli platformada daim iştirak edir.
"Suverenlik, ərazi bütövlüyünün tamlığı və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, daxili işlərə qarışmamağın əsas yer tutduğu beynəlxalq hüquq normalarına hörmət və riayət edilməsi regional və beynəlxalq təhlükəsizliyin, sabitliyin təmin edilməsinin təməlidir. Bu prinsiplər İstanbul prosesi çərçivəsində əlaqələrimizin və əməkdaşlığımızın əsasını təşkil edir. Bu, nazirlərin bəyannamələrində bir daha öz əksini tapır", - dövlət başçısı vurğulayıb.
 
Aktual.az
Xəbər 323 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR