İlham Əliyev Albaniya prezidenti ilə görüşüb - YENİLƏNİB

İlham Əliyev Albaniya prezidenti ilə görüşüb  - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Albaniya Respublikasının Prezidenti İlir Meta ilə görüşüb.

Aktual.az
xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 
 
İki il əvvəl Albaniyanın spikeri kimi Azərbaycana səfər etdiyini xatırladan İlir Meta prezident vəzifəsində ilk dəfədir ölkəmizə gəldiyini bildirdi. Bu səfərdən məmnunluğunu ifadə edən Albaniya Prezidenti VI Qlobal Bakı Forumunun əhəmiyyətinə toxundu. Bakının beynəlxalq əməkdaşlığa böyük töhfə verdiyini bildirən Prezident İlir Meta ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmləndirilməsi üçün dövlətimizin başçısı tərəfindən həyata keçirilən işlərə görə minnətdarlığını ifadə etdi.
 
İlir Meta Albaniyada TAP-ın icrası ilə bağlı işlərin uğurla getdiyini dedi. O qeyd etdi ki, Albaniyanın qazlaşdırılması üçün bu layihə çox önəmlidir.
 
Prezident İlham Əliyev Azərbaycan ilə Albaniyanın birgə həyata keçirdiyi layihələrin əməkdaşlığımızı daha da möhkəmləndirdiyini vurğuladı. TAP-ın icrası ilə bağlı işlərin Albaniyada qrafik üzrə getdiyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu layihənin əhəmiyyətinə toxundu. Enerji sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğunu bildirən Prezident İlham Əliyev bir ay əvvəl Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü toplantısında Albaniya nümayəndə heyətinin iştirakını xatırlatdı.

Xəbər 329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR