İlahiyyat İnstitutuna bina ayrıldı

İlahiyyat İnstitutuna bina ayrıldı

"Bu yaxınlarda İlahiyyat İnstitutuna rektor təyin olunacaq".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Onun sözlərinə görə, artıq instituta bina da ayrılıb: "Bina Bakı metropoliteninin "20 Yanvar" stansiyası ətrafında yerləşir. Bundan başqa, institutun Nizamnaməsi təsdiq üçün hökumətə təqdim edilib. Bütün işlər görülüb".
Dövlət Komitəsinin sədri bildirib ki, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi İlahiyyat İnstitutuna birləşdiriləcək: "Orada çalışan müəllimlər də İlahiyyat İnstitutunda fəaliyyət göstərəcəklər. Gələcəkdə institut üçün şəhərdən kənarda kampusun inşası nəzərə tutulur".
M.Qurbanlı vurğulayıb ki, İlahiyyat İnstitutunu bitirən məzunlar Azərbaycanın məscidlərinə təyinat alacaqlar.
Xəbər 385 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR