İki hücumla 143 şəhər məhv ola, 98 milyon insan ölə bilər – Dünyanı qorxudan PROQNOZ

İki hücumla 143 şəhər məhv ola, 98 milyon insan ölə bilər – Dünyanı qorxudan PROQNOZ

ABŞ-ın Corctaun Universitetinin professoru Metyu Kroeniq özünün yeni "Amerika strategiyasının məntiqi: Niyə strateji üstünlük?” adlı kitabında Rusiya tərəfindən endirilə biləcək hipotetik nüvə zərbəsinin nəticələrini qiymətləndirib.
 
Modern.az-
ın məlumatına görə, ABŞ-ın hərbi sahə üzrə ixtisaslaşan "The National İnterest” nəşrində"Amerikaya tonlarla nüvə silahı lazımdır” başlıqlı məqalə yayımlanıb.
Məqalədə bildirilib ki, Rusiya ABŞ-a nüvə zərbəsi endirsə, bu hücumun gedişatında 131 şəhər məhv ediləcək və 70 milyon həlak olacaq.
Professor Metyu Kroeniq qeyd edir ki, bu rəqəmlər ABŞ-ın da Rusiyaya adekvat cavab verə biləcəyini göstərir.
Onun sözlərinə görə, Vaşinqtonun əks hücumu ilə Rusiyanın 12 şəhəri dağıdıla və 28 milyon insan ölə bilər.
Mütəxəssis belə nəticəyə gəlib ki, ABŞ Rusiya təhlükəsinə qarşı özünün nüvə arsenalını qoruyub saxlamalıdır.
"Əgər ABŞ-ın nüvə arsenalı daha güclü olacaqsa, nüvə müharibəsində də Vaşinqtonun itkiləri az olacaq” – Metyu Kreoinq bildirib.
 
Aktual.az
Xəbər 400 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR