İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdı

İctimai TV şou verilişlərinin yayımını 3 günlük dayandırdı

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Narkoloji dispanserdə 25 nəfərin ölümü ilə nəticələn yanğın hadisəsi baş verib.

Faciə ilə əlaqədar olaraq İctimai TV-nin yayımında dəyişiklik edilib.

Bütün şou və əyləncə xarakterli verilişlər proqramdan çıxarılıb.

Belə ki, həftəiçi hər gün yayımlanan "Həmişəki tərz” verilişi bu gün yayımlanmayıb.

Məsələ ilə bağlı İTV-nin Musiqi, əyləncə və xüsusi layihələr departamentinin rəhbəri, eləcə də adı çəkilən verilişin aparıcısı  Lamiyə Ələkbərqızı ilə əlaqə saxladıq.

O, məsələyə belə aydınlıq gətirib: "Bu gün Narkoloji dispanserdə baş verən faciə ilə bağlı nəinki aparıcısı olduğum "Həmişəki tərz”, o cümlədən İctimai televiziyanın efirində nümayiş olunan şou və əyləncəli verilişlərinin yayımı 3 günlük dayandırılıb. Faciədə dünyasını dəyişənlərin ailəsinə baş sağlığı verir və səbr diləyirik. Bu, hər birimizin acısıdır. Allah ölənlərə rəhmət eləsin”.

 

 

Xəbər 1415 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR