İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü: Xəsarət alan var

İcra Hakimiyyətinin avtomobili qəzaya düşdü: Xəsarət alan var

Mingəçevir şəhərində bir qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aktual.az  Report-a istinadən xəbər verir ki, hadisə 20 Yanvar küçəsinin Heydər Əliyev prospekti ilə kəsişmə nöqtəsinə yaxın ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes” və "Mitsubishi” markalı avtomobillər toqquşub. Qəza nəticəsində "Mitsubishi”də olan mingəçevirli qadın Ağayeva Diliş Mehman qızı ağır xəsarət alıb. Yaralı taksi ilə şəhər xəstəxanasına çatdırılıb.
Məlumata görə, qəzanı törədən "66 AA 155” dövlət qeydiyyat nişanlı "Mercedes” Yevlax rayon İcra Hakimiyyətinə məxsus xidməti avtomobildir.
Hadisə ilə bağlı araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 384 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR