İçməli su və kanalizasiya sistemlərinin yenidən qurulması davam edir Gəncədə

İçməli su və kanalizasiya sistemlərinin yenidən qurulması davam edir      Gəncədə

Layihənin ikinci hissəsinin icrası birinci mərhələdə olduğu kimi Gəncə çayının sağ sahili üzrə davam etdirilir. Lahiyənin əhatə dairəsinə düşən bütün abonentlərin içməli su və çirkab su xətləri tam yenidən qurulur.


Hazırda işlər şəhərin Bəxtiyar Əliyev küçəsi ilə Əziz Əliyev prospektinin kəsişməsindən başlayıb və hazırda prospekt boyunca davam etdirilir. Layihə çərçivəsində şəhərin 576 km uzunluğunda paylayıcı içməli su xətti, 582 km uzunluğunda isə kanalizasiya şəbəkəsi yenidən qurulacaq.


Qeyd edək ki, su və kanalizasiya xətlərinin çəkilişi yekunlaşdıqdan sonra abonentlərin mənzillərinə smart sayğacların quraşdırılması planlaşdırılır.


Xəbər 1091 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR