"İçerde"nin daha bir uğuru - 3 mükafat birdən


İTÜ-nün (İstanbul Teknik Universiteti) "Sənət və İdman mükafatları" öz sahiblərini tapıb.

Aktual.az  axşam.az-a istinadən bildirir ki, "İçerde" "İlin Ən Yaxşı Serialı" mükafatını qazanıb.

Serialın baş rol ifaçılarından Çağatay Ulusoy "İlin Ən Yaxşı Aktyoru", Aras Bulut İynemli isə "İçimizdən Biri" mükafatına layiq görülüb.

Tədbirdə həmçinin başqa tanınmışlar da iştirak ediblər.

Belə ki, "İlin Ən Yaxşı Aktrisa"sı Burcu Biricik, "İlin Ən Yaxşı Musiqi Qrupu" mükafatının sahibi isə "Athena" qrupu olub.
 
Aktual.az
Xəbər 603 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR