Hollandiyadan Türkiyəylə bağlı QALMAQALLI QƏRAR

Hollandiyadan Türkiyəylə bağlı QALMAQALLI QƏRAR

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Rotterdamda mitinq keçirməsinə icazə verilməyib.

Milli.Az Reuters-ə istinadən xəbər verir ki, Rotterdam bələdiyyə başçısı Əhməd Aboutaleb jurnalistlərə açıqlamasında Çavuşoğlunun diplomatik toxunulmazlığı olduğunu və bunu hörmətlə qarşıladıqlarını, ancaq ictimai mövzularda qadağa üçün başqa səlahiyyətlərə sahib olduqlarını dilə gətirib.

Qeyd edək ki, Xarici işlər naziri Mövlud Çavuşoğlu ötən günlərin birində etdiyi açıqlamada "İki gün əvvəl Hamburqda vətəndaşlarımızla görüşdük. Şənbə günü də bütün maneələrə, irqçi ifadələrə baxmayaraq, inşallah, Rotterdama gedəcəyik. Oradakı türk qardaşlarımızla, türklərlə görüşəcəyik, onlarla həsrəti aradan qaldıracağıq. Bizədə kimsə maneə törədə bilməz" ifadələrini işlətmişdi.
 
Aktual.az
Xəbər 375 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR