Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı

Hollandiya uydurma “erməni soyqırımı”nı tanıdı
  • DÜNYA

Hollandiya parlamenti 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırımı” kimi tanıyıb.

AzVision.az-ın "Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Hollandiya parlamentinin aşağı palatası iki qanun layihəsini təsdiq edib. 

Layihələrdən birində 1915-ci il hadisələri "soyqırım” olaraq xarakterizə edilir. Digər layihəyə əsasən hökumət aprelin 24-də İrəvanda keçiriləcək "soyqırımı anma mərasimi”nə ilk dəfə nazir səviyyəsində təmsilçi göndərəcək.

Qeyd edək ki, koalisiya hökumətinin ortağı olan Xristian Birliyi Partiyası (CU) tərəfindən gündəmə gətirilən bu təklif digər 3 hökumət partiyası tərəfindən də dəstəklənirdi. 
 
Aktual.az
Xəbər 325 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR