Hollandiya səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Hollandiya səfirinin Türkiyəyə girişinə qadağa qoyuldu

Türkiyənin Hollandiya ilə bütün yüksək səviyyəli görüşləri ləğv edilib.

AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Hollandiyanı diplomatik sanksiyalarla hədələyib və türkiyəli nazirlərin ölkəyə girişinə qadağa qoyulmasına görə insan hüüquqları üzrə Avropa məhkəməsinə müraciət etməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, Hollandiya hökuməti xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ailə və Sosial siyasətlər naziri Fatma Betül Sayan Kayanın türk icmasıyla və diplomatik nümayəndələrlə bir araya gəlmək üçün ötən həftəsonu həyata keçirəcəyi bütün səfərləri təxirə salıb.
 
Aktual.az
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR