Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar
  • DÜNYA

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsi Andreas Kornfild məlumat verib.

Aparatı alan şəxsin adını isə nümayəndə KİV-ə açıqlamayıb.

Telefonu hərraca satışa 1977-ci ildə vəfat etmiş Britaniya siyasətçisi və hərbçisi Ralf Reynerin nəvələri çıxarıb.
 
Aktual.az
Xəbər 478 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR