Hisslərinizi cilovlamağı bacarın...

Hisslərinizi cilovlamağı bacarın...

İnsan həyatında baş verən hadisələrə hissləri ilə reaksiya verir. Bu normal haldır. Ancaq qədərindən artıq hisslərə qapılmaq, onları cilovlamağın mümkünsüzlüyü yolverilməzdir. Elm sübut edib ki, insanın keçirdiyi hisslərin sağlamlığa birbaşa təsiri var. Yaşam tərzində qida məhsulları kimi keçirdiyimiz hisslər də qədərindən artıq olanda orqanizm üçün mənfi fəsadlar yaradır.
 
Modern.az saytı mövzu ilə bağlı yazını təadim edir.
Həddindən artıq sevinmək, sevinc və xoşbəxtlik hissi ürəyə mənfi təsir göstərir. Hədsiz sevinc yeni enerjinin yaranmasına səbəb olur ki, həmin enerji ürək nahiyəsinə yığılır və beyinə doğru istiqamət alır. Başla bədəni birləşdirən kanal dar olduğu üçün enerjinin hərəkəti məhdudlaşır. Bu enerji partlayışına səbəb ola bilər ki, bu da infarkt və insultla nəticələnə bilər.

İnsanın qorxu hissi keçirməsi təbii haldır. Ancaq bu hissin xroniki hala çevrilməsi, daim qorxu hissi içində olmaq sağlamlıq üçün təhlükəlidir. Qorxu hissi ilk növbədə böyrəklərə olduqca mənfi təsir göstərir. Qəfil qorxu hissi keçirən insanın sidiyini saxlaya bilməməsi də bunu bir daha sübut edir.
Qəzəb hissi, əsəbilik ilk növbədə qaraciyərin fəaliyyətində durğunluq yaradır. Bu orqanın enerjisinin durğunluğu nəticəsində həmçinin başgicəllənmə, baş ağrıları da yaranır. Əsəbi və qəzəbli vəziyyət qan təzyiqinin yüksəlməsinə, üzün qızarmasına da səbəb olur. Qəzəb hissinin digər bir fəsadı isə mədə problemləri ilə müşaiyət olunur.
Narahatlıq və həyəcan hissi tənəffüs yollarında və ağciyərdə problemlərin yaranmasına səbəb olur. Həyəcanlı insanlar tənəffüs problemləri ilə daha çox üzləşirlər, təngnəfəslikdən əziyyət çəkirlər. Bu hisslər həmçinin yoğun bağısaqda da xoşagəlməz problemlər yaradır.
Nəfəsalmada və tənəffüs sistemində problem yaradan digər hisslərdən biri kədər hissidir. Kədər hissi olan insanın ağciyərinin fəaliyyətində çətinliklər özünü biruzə verir. Müşahidə etsək görərik ki, kədərli insanlar öz çətin durumları zamanı tez-tez dərindən nəfəs alırlar. El arasında buna ah çəkmək, köks ötürmək də deyirlər.
Bunları nəzərə alaraq hisslərinizin coşub-daşmasına imkan verməyin. Həyatda baş verəcək kədərli və sevincli hadisələri səbrlə qarşılayıb təmkinlə yola salmaq üçün insana ilk növbədə sağlamlıq lazımdır. Odur ki, hisslərinizi cilovlayın, sağlamlığınızı onların güdazına verməyin.
 
Aktual.az
Xəbər 155 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR