Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Hindistandan QƏRAR: Qətərə əlavə reyslər təşkil edilsin

Hindistan hökuməti yerli aviaşirkətlərə Qətərə əlavə reyslərin həyata keçirilməsi ilə bağlı müraciət edib.

Aktual.az  Trend-ə istinadən xəbər verir ki, bu qərar Ramazan bayramı günlərində və ondan sonrakı müddətdə sərnişindaşımada yaranan böyük tələbatla bağlıdır.
Hindistanın mülki aviasiya naziri Aşok Qacapati bildirib ki, əlavə reyslərin həyata keçirilməsi iki aviaşirkətə tapşırılıb.
Reyslər əsasən Dohadan Hindistanın Trivandram, Koççi və Mumbay şəhərlərinə olacaq.
Qeyd olunur ki, 22-23 iyun tarixlərində uçuşları "Jet Airways", 25 iyun-8 iyul tarixlərində "Air India Express" aviaşirkətləri həyata keçirəcək.
 
Aktual.az 
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR