Hindistan və Azərbaycan arasında birbaşa təyyarə reyslərinin açılması üçün danışıqlar aparılır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana deyib. Diplomat hesab edir ki, birbaşa reyslərin açılması əlaqələrimizin inkişafına təkan verəcək.
"Sabah Hindistandan gələn nümayəndə heyəti AZAL-la danışıqlar aparacaq. Birbaşa reyslərin açılması tərəflər arasında əlaqələrin inkişafına öz töhvəsini verəcək. Hələlik danışıqlar ilkin mərhələdədir və görüləcək işlər çoxdur. Hər iki tərəf birbaşa reyslərin açılmasında maraqlıdır", - deyə səfir vurğulayıb.
Aktual.az Xəbər 460 dəfə oxunub.