Hindistanda 167 nəfər istilərin qurbanı olub

Hindistanda 167 nəfər istilərin qurbanı olub

Bu il aprelin 1-dən indiyədək Hindistanda 167 nəfər istidən ölüb. 

Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə "Deccan Chronicle” məlumat yayıb. 

Məlumatlar ölkənin Telenqana ştatına aiddir. Ölüm hadisələrinin dəqiq səbəbləri yaradılmış komissiyanın hesabatından sonra məlum olacaq. 

Bildirilir ki, son günlər Telenqanada temperatur 40 dərəcədən aşağı düşmür. Ştatın bəzi bölgələrində isti 47 dərəcəyə kimi qalxır.
 
2016-cı ildə Hindistanda istidən 700 nəfər ölüb. 
 
Aktual.az
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR