“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi

“Hidrometeorologiya fəaliyyəti haqqında” qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev "Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə dəyişiklikləri təsdiq edib.

Aktual.az xəbər verir ki, "Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 482; 2007, № 10, maddə 938; 2017, № 1, maddə 15) aşağıdakı dəyişikliklər edilib:

1. 8-ci maddənin doqquzuncu abzasına "hazırlanmasını” sözündən sonra "həyata keçirmək” sözləri əlavə edilib və həmin abzasda "sertifikatlaşdırılmasını həyata keçirmək” sözləri "sertifikatlaşdırılmasını təşkil etmək” sözləri ilə əvəz edilib.

2. 13-cü maddənin ikinci abzasında "müvafiq icra hakimiyyəti orqanları” sözləri "müvafiq icra hakimiyyəti orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar” sözləri ilə əvəz edilib və həmin abzasa aşağıdakı məzmunda ikinci cümlə əlavə edilib:

"Bu uyğunluğu qiymətləndirən qurumların akkreditasiyası "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.”.
 

Aktual.az 

Xəbər 378 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR