Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən(AYDA) Aktual.az-a verilən məlumatda bildirilib.
Qeyd olunub ki, Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi daşıyır. Heydər Əliyev prospektinin "Böyük Şor” yol qovşağından Xətai prospekti ilə kəsişməyədək olan hissəsində hər iki istiqamət üzrə əsas yol boyu üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq, aprel ayının 26-dan 27-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.
Məhdudlaşdırma səhər saatlarınadək bir-neçə saatlıq qüvvədə olacaq. Sürücülərdən qeyd olunan saatlarda alternativ olaraq prospektin yan yollarından istifadə etmələri xahiş olunur.
 
Aktual.az
Xəbər 275 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR