"Hər 100 uşaqdan 3-nün 100 il yaşamaq şansı var"


"Hazırda Azərbaycanda insanların orta yaşı artıb. Belə ki, əgər 1930-cu illərdə Azərbaycanda orta yaş 30,5 idisə, bu gün həmin rəqəm 75,2-ə çatıb".

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov"Azərbaycanda tibb elminin inkişafı, prioritetləri və innovativ perspektivləri” mövzusunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ulu babalarımızın daha çox yaşaması fikiri həqiqət deyil: "İnsanlar belə fikirləşirlər ki, ulu bablarımız daha çox yayşıb. Amma statistika bunun əksini göstərir. Bu gün inkişaf etmiş ölkələrdə orta yaş 80-ə yaxındır. Yaxın gələcəkdə dünyada insanların orta yaşının 90 olacağı gözlənilir".
Ə.Əmiraslanov bildirib ki, dünya üzrə olan proqnozlara görə, hazırda doğulan hər hər 100 uşaqdan 3-nün 100 il yaşamaq şansı var.
 
Aktual.az
Xəbər 223 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR