"Hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin maaşına sərf edilir"


Ümumilikdə ali təhsil sistemində ali məktəblərin gəlirlərinin təxminən 80 faizi əmək haqqı fonduna keçir. Yəni hər 100 manat təhsil haqqının 80 manatı müəllimlərin əmək haqqına sərf edilir. Qalan xərclər məktəbin digər xərclərinə sərf edilir.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Maarifçi Tələbə Kredit Fondunun ilk kreditlərini alan tələbələrə sertifikatların təqdim olunması mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib.

Ali məktəblər arasında bu rəqəmin dəyişə bilməsinin mümkünlüyünü qeyd edən nazir bildirib ki, ali məktəblərin gəlirlərinin qalan hissəsi əsaslı təmirə, maddi-texniki bazanın maliyyələşməsinə və digər işlərə sərf edilir.

M.Cabbarovun sözlərinə görə, ali məktəblər artıq bir neçə ildir ki, özünümaliyyələşdirmə sisteminə keçiblər: "Onların maliyyələşdirilməsi müstəqil şəkildə həyata keçirilir. Doğrudur, təhsil sistemi prioritet olduğuna görə dövlət tərəfindən bu sahəyə kifayət qədər sərmayə yönəldilir. Amma bu, daha çox ümumtəhsil və digər pillələrə aid olur, yeni universitetlərə lazım olan maddi-texniki bazanın yaradılması üçün edilir".

Xəbər 264 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR