Həmsədr: AŞPA Qarabağla bağlı qətnamə layihəsini alqışlayır

Həmsədr: AŞPA Qarabağla bağlı qətnamə layihəsini alqışlayır

ATƏT-in Minsk qrupu Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı qətnamə layihəsini alqışlayır.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib.

C.Uorlik bildirib: “Biz AŞPA-nın qətnamə layihəsini oxumuşuq. AŞPA-nın məruzəçiləri və bu məsələdə maraqlı olan üzvləri ilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlarla bağlı məsləhətləşmələr aparmaq niyyətindəyik”.

C.Uorlik vurğulayıb ki, Minsk qrupu münaqişənin uzunmüddətli həlli yollarının tapılmasına köməklik göstərmək üçün istənilən təşkilatla əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, AŞPA-nın Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamədə Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılmasına çağırış edilir.


Aktual.az

Xəbər 442 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR