Həcc ziyarətinə yollanacaq zəvvarlar üçün kurs açılıb

Həcc ziyarətinə yollanacaq zəvvarlar üçün kurs açılıb

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandan Həcc ziyarətinə gedəcək zəvvarlar üçün hər həftənin şənbə və bazar günləri "Təzə Pir" məscidində kurslar təşkil edib.
QMİ-dən "Report"a verilən məlumata görə, qruplar üçün ayrıca təhkim olunmuş qrup rəhbərləri sərəncamında olan zəvvarlara iclaslar keçirir və hacı namizədlərini ziyarətlə bağlı lazım olan məlumatlarla təmin edir.
QMİ-dən o da bildirilib ki, bu il Həccə gedəcək zəvvarlardan təxminən 24 qrup təşkil olunub. Zəvvarlarla birlikdə aralarında qadın da olan 5 nəfərdən ibarət həkim briqadası gedəcək.
Bu il Həcc ziyarətinə gedəcək olanların 60 faizi kişilərdir.
Zəvvarların ən yaşlısı 86 yaşlı qadın, ən gənci isə 18 yaşlı oğlandır.
Ziyarət üçün 2004-cü il təvəllüdlü oğlan müraciət etsə də, sonradan ziyarətə getməkdən imtina edib.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedəcək olan ilk zəvvar qrupu avqusun 24-də yola salınacaq.

Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR