Həcc ziyarətinə təkrar getmək qadağan edildi

Həcc ziyarətinə təkrar getmək qadağan edildi
  • DÜNYA

Özbəkistanda zəvvarlara qarşı yeni tələblər qoyulub və təkrar Həcc ziyarətinə getməyə məhdudiyyət tətbiq edilib.

"Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabinetinin qərarının mətnində bildirilir.
Artıq Həccə getmək istəyənlərdən daha əvvəl ziyarətdə olmamaları tələb edilir. Qeyd edək ki, daha əvvəl bu tələb son 5 ildə Həcc ziyarətində olmamaqla kifayətlənirdi.
Həcc ziyarətinə namizədlərin seçimi rayon (şəhər) hakimləri tərəfindən yaradılmış 7 nəfərdən ibarət işçi qrupları tərəfindən həyata keçiriləcək.
Xatırladaq ki, ötən ilin dekabr ayının əvvəlində Özbəkistan Müsəlmanları Dini İdarəsi Həcc ziyarəti məqsədilə Məkkəyə getmək istəyənlər üçün tələbləri sərtləşdirib. Belə ki, ziyərət üçün namizəd kifayət qədər vəsaitə sahib olmalı, həmçinin yaşadığı məhəllədə nüfuzlu şəxs olmalıdır.
Xəbər 454 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR