"Heç vaxt deməmişəm ki, “Real”dan ayrılmaq istəyirəm”


Kriştianu Ronaldu "Real" prezidenti Florentino Pereslə telefon əlaqəsi yaradıb.

Aktual.az apasport.az-a istinadən xəbər verir ki, 32 yaşlı forvard klub rəhbəri ilə gələcək taleyi haqqında danışıb.

O, Peresə "Real"da qalmaq istədiyini deyib: "Dostlarımla şam yeməyində mən, sadəcə, vergilərlə bağlı olan problemə görə təəssüfləndiyimi bildirdim. Mənimlə cinayətkar kimi davranılmasından xoşlanmıram. Halbuki, İngiltərədə olduğu kimi İspaniyada da hər zaman üzərimə düşəni etmişəm. Heç vaxt deməmişəm ki, "Real"dan ayrılmaq istəyirəm".
 
Qeyd edək ki, bir müddət əvvəl portuqaliyalı ulduzun Madrid klubundan ayrılmaq istədiyi iddia edilmiş, meneceri Mino Rayola da bu xəbərləri təsdiqləmişdi.
 
Aktual.az 
Xəbər 450 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR