Həbs edilən Vitse-admiral: "Mən bəraət almaq istəyirəm"

Həbs edilən Vitse-admiral:

"Biz bu hökmlə razı deyilik".

Aktual.az  Report-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov deyib.

O, ittihamlarla razı olmadığını söyləyib: "Biz sübut etdik ki, bunların hamısı yalandır. Ədliyyiya Nazirliyinin eksertiza rəyi də var ki, dövlətə ziyan vurulmayıb".

Ş.Sultanov hökmdən apellyasiya şiayəti verəcəyini söyləyib: "Mən bəraət almaq istəyirəm".

Qeyd edək ki, Ş.Sultanova bu gün Nəsimi rayon Məhkəməsinin inzibati binasında, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Sultanov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Ona 3 il sınaq müddəti olmaqla şərti cəza verilib.
 
Aktual.az  
Xəbər 465 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR