Hamı azərbaycanlı bu həkimin uğurundan danışır – Siz də tanıyın

Hamı azərbaycanlı bu həkimin uğurundan danışır – Siz də tanıyın

KLİNİK.AZ tibb portalı Sosial Media Mərkəzi ilə birlikdə "Ən güclü uroloq kimdir” sualı ilə sosial mediada keçirdiyi sosioloji sorğuya yekun vurub.
 
Aktual.az xəbər verir ki, bir həftə ərzində davam edən virtual səsverməyə qatılan soydaşlarımız ölkənin ən güclü 9 uroloqu arasından birini qalib ediblər. Sosioloji sorğu bir milyona yaxın istifadəçinin təqib etdiyi feysbuk və instagram səhifələrində geniş işıqlandırılıb.
 
Ümumilikdə sorğuda 12232 respondent iştirak edib. Sorğu 18 may 2018-ci il saat 14:00-da dayandırılıb və elan olunduğu kimi, bundan sonra verilən səslər qeydə alınmayacaq.
 
Sorğuda adı keçən uroloqlar hər biri kifayət qədər səs yığsalar da, əsas rəqabət uzman uroloqlar – Araz Bayramov, Rəşad Şolan və Vasif İsmayıl arasında gedib. Sorğuya qatılan respondetlərin 21 faizi, 2514 nəfər Fransa təhsilli uzman, uroloq-androloq Dr. Araz Bayramova səs veriblər. Beləliklə uzman Dr. Araz Bayramov KLİNİK.AZ tərəfindən keçiriən "Azərbaycanda ən güclü uroloq kimdir?” virtual sosioloji sorğusunun qalibi olub.
 
Azərbaycanda ən güclü uroloq kimdir?

 

Araz Bayramov (21%, 2,514 Votes)
Rəşad Şolan (18%, 2,240 Votes)
Vasif İsmayıl (12%, 1,454 Votes)
Fariz Cəbiyev (12%, 1,424 Votes)
Seymur Kərimov (10%, 1,278 Votes)
Fikrət Əhmədov (8%, 1,005 Votes)
Elbəyi Daşdəmirli (8%, 980 Votes)
Seymur Mehdiyev (7%, 891 Votes)
Elnur Məmmədov (4%, 446 Votes)
Total Voters: 12,232

 

Araz Bayramov kimdir?
 
Araz Eldar oğlu Bayramov Azərbaycan Tibb Universitetini fərqlənmə diplomu və Mustafa Topçubaşov adına təqaüdlə bitirib.
 
2005-2010-cu illərdə Fransanın Lyon şəhərindəki Edouard Herriot adına Mərkəzi Hospitalında Urologiya ve Laparoskopik-Endoskopik Urologiya şöbəsində uroloji mütəxəssislik uzmanlığını keçib.
 
Bu illər ərzində (2005-2010) Fransada bir çox diplomlarla təltif olunub :• Laparoskopik Uroloji Cərrahiyyə

 

• Laparoskopik Cərrahiyyə
• MikroCərrahiyyə
• Kliniki Andrologiya
• MasterClass Urology
• Master Elmi Dərəcəsinə nail olur

 

2010–cu ilin sentyabr ayında Avropa Uroloq Mütəxəssisi (European Board of Urology) adına layiq görülüb.
 
Mərkəzi Gömrük Hospitalı, Oksigen Klinikası və digər klinikalarda uroloq-cərrah kimi çalışıb.
 
2010-cu ilin noyabrında Azərbaycanda ilk dəfə Laparoskopik Uroloji əməliyyat həyata keçirib.
 
2013 cü ilin oktyabrında Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını həyata keçirib.
 
Böyrək daşlarının endoskopik müalicəsində ən son tam kəsiksiz müasir usulla müalicələrini Flexible UreteroRenolitotripsiyasını Azərbaycanda ən uğurlu tətbiqini həyata keçirir.
 
Dr. Araz Bayramov Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Fransa Uroloqlar Cəmiyyətinin, Avropa və Dünya EndoUroloqlar Cəmiyyətinin həqiqi üzvüdur. Hazırda Real Hospitalda çalışır.

 

Aktual.az
Xəbər 11019 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR