Hakerlərdən Polşa aviasiyasına Zərbə

Hakerlərdən Polşa aviasiyasına  Zərbə

Bazar günü Frederik Şopen adına Varşava beynəlxalq aeroportu hakerlər tərəfindən kütləvi hücuma məruz qalıb.

“APA-Economics”in TASS agentliyinə istinadən verdiyi məlumata görə, hakerlərin hücumu nəticəsində xeyli sayda beynəlxalq və daxili aviareys təxirə salınıb və nəticədə 1 400-ə yaxın insan vaxtında uçuş vaxtından istifadə edə bilməyib. Artıq hava limanı rəhbərliyi nəzarəti öz əlinə ala bilib. 

“Biz maksimum çalışırıq ki, reyslərin mütəmadiliyini tez bir zamanda bərpa edək. Bizim operativ qərargah artıq uçuş cədvəlini hazırlayırlar” – deyə hava limanın yaydığı press-relizdə məlumat verilib.

Qeyd edək ki, Polşanın Krakov, Vrotslav və Qdansk, Almaniyanın Hamburq və Düsseldorf, bundan başqa, Kopenhagen, Stokholm, Brüssel və Monakoya olan aviareyslər təxirə salınıb.

Aktual.az

Xəbər 440 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR