Hacıqabulda silahlı insident - 5 nəfər ölüb,1 yaralı - FOTO/VİDEO - TƏFƏRRÜAT (YENİLƏNDİ)

Hacıqabulda silahlı insident - 5 nəfər ölüb,1 yaralı  - FOTO/VİDEO - TƏFƏRRÜAT (YENİLƏNDİ)

"Hadisəni törətdikdən sonra Mübariz Mehdiyev özünü öldürüb".

Bu sözləri Hacıqabul rayonu polis bölməsinin sahə inspektoru, kapitan Ramiz Əliyev deyib. Onun sözlərinə görə, silahlı insident törədən Mübariz Mehdiyev 4 nəfəri odlu silahla qətlə yetirib, bir nəfəri yaraladıqdan sonra hadisə yerində özünü də öldürüb.
 
*****
Hacıqabulda baş verən silahlı insident nəticəsində 5 nəfər ölüb, bir nəfər isə yaralanıb.

Aktual.az Apa-ya istinadən xəbər verir ki, Bayram İbrahimov küçəsində evə silahlı basqın zamanı bir ailənin 4 üzvü öldürülüb. Bunlar Namiq Qəmbərov, Nazim Qəmbərov, Gülbağda Qəmbərova və Almara Qəmbərovadır.

Hadisəni törədən Mübariz Mehdiyevin isə polis tərəfindən zərərsizləşdirildiyi bildirilir. İlkin məlumata görə, basqınçının ailə üzvləri ilə Qəmbərovlar arasında Rusiyada hansısa anlaşılmazlıq baş verib. Buna görə də M. Mehdiyev evə hücum edərək, Qəmbərovları güllələyib. Digər məlumata görə, M. Mehdiyev evdə olan 5 nəfəri güllələyəndən sonra özünü də öldürüb.

Ailə üzvlərindən biri-Məhəmməd Qəmbərov yaralı vəziyyətdə Hacıqabul Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
 
Aktual.az 




Xəbər 2184 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR