Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

Hacı İbrahimin bacısı oğlu dəhşətli qəzada öldü

3 gün əvvəl İmişli rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Lent.az xəbər verir ki, Hacıqabul-Horadiz yolunun İmişlinin Gövhərli kəndi ərazisindən keçən hissəsində ekskavatora çırpılan pikapda vəfat edən Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun tanınmış iş adamı Hacı İbrahim Nehrəmlinin bacısı oğlu olduğu ortaya çıxıb.
Vüsal İbrahimov xeyli vaxt imiş ki, biznesmenin İmişli rayonu ərazisindəki qum-çınqıl obyektlərinə nəzarət edirmiş və tez-tez bu rayona gedib-gəlirmiş.
Faktla bağlı cinayət işi açılıb, qəzanın səbəbləri araşdırılır.
 
Aktual.az
Xəbər 608 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR