Habil Əliyevin oğlundan qəfil qərar: "Həmişəlik gedirəm"

Habil Əliyevin oğlundan qəfil qərar:

Mərhum xalq artisti Habil Əliyevin oğlu, bəstəkar-müğənni Rəvan Habiloğlu sənəti həmişəlik tərk etdiyini bəyan edib.

Milli.Az-a açıqlama verən Habiloğlu son mahnısı ilə tamaşaçılarla vidalaşdığını bildirib:

"Mən bu sənət aləminə nifrətimi çoxdan bildirmişdim və bu aləmdən də uzaqlaşmışdım. Yenidən bir mahnı yazdım və efirlərə çıxdım. Demək istədim ki, mən ölməmişəm, sağam. Amma indi qəti şəkildə elan edirəm ki, sənətdən gedirəm. Yaş o yaş deyil ki, əlimə mikrofon alım, oxuyum. Artıq öz işlərimlə məşğul olacam. Bir tikə çörək qazanıb, ailəmi saxlayacam. Bu sənət aləmində kim necə istəyir elə də eləsin".

Qeyd edək ki, R.Habiloğlu uzun müddət inciyərək sənətdən getsə də, bu yaxınlarda yeni mahnısı ilə gündəmə gəlmişdi.
 
Aktual.az
Xəbər 241 dəfə oxunub.



YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR