Göyçayda 25 yaşlı oğlan intihar etdi

Göyçayda 25 yaşlı oğlan intihar etdi

Göyçayda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında rayonun Şəhadət kəndində qeydə alınıb.
Kənd sakini, 1992-ci il təvəllüdlü İbrahimli Rəfael Əfrayıl oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Aktual.az
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR