Gürcüstanlı deputat ATƏT PA-nın prezidenti seçilib

Gürcüstanlı deputat ATƏT PA-nın prezidenti seçilib

Gürcüstan parlamentinin üzvü, "Avropalı Gürcüstan” partiyasının liderlərindən biri Giqi Tsereteli yenidən ATƏT-in Parlament Assambleyasının (PA) prezidenti seçilib. 
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə qərar ATƏT PA-nın Berlində keçirilən 27-ci illik sessiyasında qəbul olunub. 
 
"Avropalı Gürcüstan” partiyası G. Tseretelinin ATƏT PA-nın prezidenti seçilməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda partiya liderlərindən biri olan siyasətçinin yüksək vəzifəyə seçilməsi Gürcüstanın böyük uğuru kimi qiymətləndirilib.   
Qeyd edək ki, G. Tsereteli ötən ilin noyabrından etibarən ATƏT PA-nın prezidentinin səlahiyyətlərini icra edib. 
 
Aktual.az
Xəbər 326 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR