Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

Gürcüstanın yeni baş prokurorunun adı məlum olub

Gürcüstan parlamenti bugünkü iclasında Şalva Tadumadzeni ölkənin baş prokuroru vəzifəsinə təsdiq edib.
 
APA-nın yerli bürosunun məlumatına görə, onun lehinə 101 deputat, əleyhinə isə 2 deputat səs verib.
Parlamentin qərarına əsasən, Ş. Tadumadze 6 il müddətinə baş prokuror vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Ş. Tadumadze hökumət administrasiyasının rəhbəri olub. O, həmçinin Bidzina İvanişvilinin şəxsi vəkili kimi də çalışıb.
Gürcüstanın sabiq baş prokuroru İrakli Şotadze bu ilin mayın 31-də istefa verib.
 
Aktual.az
Xəbər 422 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR