Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb

Gürcüstanın valyuta ehtiyatları 34 milyon dollar azalıb

Gürcüstanın valyuta ehtiyatları cari ildə təqribən 34 milyon dollar azalıb.

"Report”un Gürcüstan bürosu ölkənin Milli Bankına istinadən xəbər verir ki, ölkənin valyuta ehtiyatları 2017-ci ildə 3,039 milyard dollar olub.
Bu, 2016-cı illə müqayisədə 282 milyon dollar çox olub. Lakin, cari ildə milli valyuta ehtiyatları xeyli azalıb və iyun ayının 1-nə 3,016, iyulun 1-nə isə 3,005 milyard dollara enib.
Milli Bank 2017-ci ildə valyuta bazarından 129,75 milyon dollar aldığı halda, bu ilin 6 ayında 50 milyon dollar alıb.
 
Aktual.az
Xəbər 438 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR