Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlandı

Gürcüstandan deportasiya edilən əcnəbilərin sayı açıqlandı
  • DÜNYA

Bu ilin ötən dövründə xarici dövlətlərin 3645 vətəndaşı Gürcüstandan deportasiya edilib.

"Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Daxili İşlər Nazirliyi yayıb.
Siyahıya Türkiyə vətəndaşları başçılıq edir. 2017-ci ildə bu ölkənin 1651 vətəndaşı Gürcüstandan deportasiya edilib. Sonrakı yerdə İsrail vətəndaşları gəlir. Bu il 413 israilli Gürcüstandan çıxarılıb. Üçüncü yeri Almaniya (395 vətəndaş) tutub. 4-cü sırada isə Rusiya (228 nəfər) qərarlaşıb. 
Bu il ərzində Azərbaycanın bir vətəndaşı Gürcüstandan deportasiya olunub. 
 
Aktual.az
Xəbər 210 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR